
Türkiyədə silahlı şəxs universitet əməkdaşını girov götürüb.
APA-nın Türkiyə bürosunun məlumatına görə, hadisə Gümüşhane Universitetində baş verib.
Universitetdə çalışan əməkdaşlardan biri silahla başqa bir həmkarını girov götürüb.
Polis hazırda hadisəni törədən şəxslə danışıqlar aparır.

