
Bakı.Trend:
Noyabrın 24-də paytaxtın Xətai rayonunda həyat yoldaşına kəsici
alətlə ağır xəsarət yetirərək ölkədən qaçan şəxs saxlanılıb.
Trend xəbər
verir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, aparılan araşdırmalarla müəyyən olunub ki,
1969-cu il təvəllüdlü Rüstəm İbrahimov hadisəni törətdikdən sonra
ölkə ərazisini Türkiyə istiqamətində tərk edib və oradan Çinə
gedib.
Daxili İşlər Nazirliyinin əməkdaşlarının Çin Xalq
Respublikasının hüquq-mühafizə orqanları ilə birgə keçirdikləri
tədbirlər nəticəsində R.İbrahimov Çinin Xianyang şəhərində
saxlanılıb.
Hazırda onun Azərbaycana gətirilməsi üçün müvafiq tədbirlər
görülür.

