Rusiya ABŞ-dən Avropa və Kiyevlə razılaşdırılmış Ukrayna planının aralıq versiyasını almağı gözləyir.
“Report” xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalistlərə açıqlamasında bildirib.
“Biz onlardan (ABŞ-dən – red.) bu mətnin avropalılar və ukraynalılarla razılaşdırma mərhələlərinin başa çatması baxımından aralıq hesab etdikləri versiyanı gözləyirik”, – o deyib.
Lavrovun sözlərinə görə, Donald Tramp administrasiyasının rəsmi planı Rusiya tərəfinə təqdim edilməyib: sənəd qeyri-rəsmi kanallar vasitəsilə əldə edilib.
Bununla yanaşı, o vurğulayıb ki, Trampın planında yer alan bir sıra ifadələr dəqiqləşdirmə tələb edir.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin

