Eldəniz Vəliyev: “AFEN Plaza”da baş verən partlayışla əlaqədar “Azəriqaz”ın əməkdaşları boru xətlərini təftiş edirlər

Baş səhifə
Eldəniz Vəliyev: AFEN Plazada baş verən partlayışla əlaqədar Azəriqazın əməkdaşları boru xətlərini təftiş edirlər

Bakıda binada baş verən partlayışın səbəbləri ilə bağlı dəqiq cavab istintaqın yekununda bəlli olacaq.

“Report” xəbər verir ki, bunu SOCAR “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev deyib.

O bildirilib ki, İB-nin əməkdaşları hadisə yerindədirlər:

“Əməkdaşlar “Azəriqaz” məxsus boru xətlərinin təftişi ilə məşğuldurlar. Əraziyə qazın verilişi təmin olunmayıb. Ətrafda gedən boru xətlərində nasazlıq yaranması kimi iddialar səsləndirilir. Düşünürəm ki, bu kimi iddiaların səsləndirilməsi hələ tezdir. Hüquq-mühafizə orqanları araşdırma aparır və dəqiq cavab istintaqın yekununda bəlli olacaq”.