
Bakı. Trend:
Noyabrın 21-də Yasamal rayonunun M.Seyidov küçəsi ərazisində
yerləşən yaşayış binasında baş verən yanğın hadisəsi səbəbilə
Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində müalicə alan
şəxslərdən daha 2 nəfər ambulator müalicə üçün evə buraxılıb.
Bu barədə Trend-ə
Kliniki Tibbi Mərkəzdən məlumat verilib.
Bildirilib ki, 5 nəfərin isə müalicəsi davam etdirilir.
“Onlardan 1 nəfərin (qadın) vəziyyəti ağır olaraq
qiymətləndirilir. Pasiyent süni tənəffüs cihazı ilə təmin edilib”,
– deyə qeyd edilib.

