Yasamalda yaşayış binası yanır, əraziyə polis və təcili yardım briqadaları cəlb olunub – YENİLƏNİB

Baş səhifə
Yasamalda yaşayış binası yanır, əraziyə polis və təcili yardım briqadaları cəlb olunub – YENİLƏNİB

Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın başlayıb.

“Report” xəbər verir ki, əraziyə polis əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb olunub.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək təhlükəsizlik, təxliyyə və digər zəruri tədbirlər görülür.

Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın başlayıb.

“Report” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd olunub ki, FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.