
Bakı. Trend:
2025-ci ilin ötən dövrü ərzində 7 tibb müəssisəsində (3-ü
regionda, 4-ü Bakıda) rentgen kabinetlərinin fəaliyyəti
dayandırılıb.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Fövqəladə Hallar
Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə
Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, 2 müəssisədə rentgen kabinetlərinin fəaliyyəti
bərpa edilib.
Qeyd edək ki, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov bağlanmış
rentgen kabinetlərinin ilin sonuna qədər bərpa edilib istifadəyə
veriləcəyini bildirmişdi.

