
Bakı. Trend:
Ötən ilin 10 ayında qeyri-neft-qaz sektorunda ÜDM-in artım tempi
6,8% olduğu halda, cari ildə artım tempi yavaşıyaraq 3,1%-ə
enib.
Trend xəbər
verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin
bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il
dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı
deyib.
Nazirin sözlərinə görə, bu yavaşımalar demək olar ki, bütün
sahələrdə müşahidə olunur. Məsələn, tikintidə artım tempi 15,5%-dən
4,6%-ə, nəqliyyat sektorunda 15,7%-dən 2,4%-ə, turizm sektorunda
11,3%-dən 9,2%-ə, ticarətdə 3,7%-dən 3,3%-ə, rabitə və informasiya
sektorunda 12,1%-dən 8,5%-ə enmişdir.
“ÜDM-i formalaşdıran hər bir sahədə cavabdeh dövlət qurumlarının
sahəvi inkişaf hədəflərinə nail olmaq, o cümlədən sahənin artımı,
sahəvi özəl investisiya, ixrac, iş yerləri kimi ölçülə bilən
fəaliyyət göstəricilərinin formalaşması çağırışı ilə rastlaşırıq.
Bu mənada aparıcı maliyyə-iqtisadi orqanların fəaliyyəti ilə ÜDM-i
formalaşdıran sahəvi qurumların iqtisadi artıma xidmət edən
hədəflərinin koordinasiyası məsələləri xüsusi əhəmiyyət kəsb
edir.
İqtisadiyyatın sahələri üzrə özəl investisiya fəallığının
artırılması vasitəsilə yeni iqtisadi artım mənbələrinin hərəkətə
gətirilməsində sahəvi qurumların rolu mühüm əhəmiyyətə
malikdir.
İqtisadiyyatın sahələri üzrə özəl investisiya fəallığının
artırılması vasitəsilə yeni iqtisadi artım mənbələrinin hərəkətə
gətirilməsində sahəvi qurumların rolu mühüm əhəmiyyətə
malikdir.
Özəl investisiyaların artırılması vasitələri çox müxtəlifdir.
Bunlar arasında 2022-ci ildə qəbul edilmiş dövlət-özəl tərəfdaşlığı
haqqında qanunun tətbiqi (dəniz suyunun duzsuzlaşdırılması
layihəsi), bank sektorunun real sektora daha aktiv dəstək
imkanlarının reallaşması, o cümlədən faiz dərəcələri üzrə, pul
siyasətinin inflyasiya hədəfinə xələl gətirmədən investisiya
yönümlü iqtisadi artıma dəstək potensialının istifadəsi, kreditlər
üzrə faiz subsidiyası və zəmanətli dövlət alışı mexanizmlərinin
genişləndirilməsi, birbaşa xarici investisiyaların cəlbi kimi
alətlər mühüm əhəmiyyət kəsb edir”, – deyə o vurğuylayıb.

