
Bakı. Trend:
Polşa Ukrayna ilə sərhəddə peyda olan pilotsuz uçuş aparatları
ilə əlaqədar qırıcılarını havaya qaldırıb.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Polşa silahlı qüvvələrinin
operativ komanda mərkəzinin “X” səhifəsində paylaşım olunub.
“Hava məkanımızda Polşa və müttəfiqlərə aid aviasiya hərəkətə
keçib”, – paylaşımda əlavə olunub.
Qeyd edilir ki, sərhədə göndərilən hərbi hava nəqliyyat
vasitələrinin növbətçi qırıcı cütləri və uzaqməsafəli aşkarlama
təyyərəsi olduğu deyilir.
Bundan başqa, ölkənin hava hücumlarından müdafiə və
radiolokasiya-kəşfiyyat sistemləri tam döyüşə hazır vəziyyətə
gətirilib.

