Yanvar-oktyabr aylarında Azərbaycanda dəniz nəqliyyatı ilə yükdaşımalarının həcmi açıqlanıb

Baş səhifə

Bakı. Trend:

Cari ilin yanvar-oktyabr aylarında dəniz nəqliyyatı ilə
Azərbaycana 2,1 milyard ABŞ dolları dəyərində 2,2 milyon ton yük
gətirilib.

Trend bu barədə
Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.




Məlumata görə, 2024-cü ilin eyni dövrünün göstəriciləri ilə
müqayisədə dəyər ifadəsində 113 milyon ABŞ dolları və ya 5,2 faiz,
həcm baxımından isə 162 min ton və ya 6,9 faiz azdır.

Hesabat dövründə dəniz nəqliyyatı ilə Azərbaycandan 191 min ton
həcmində, ümumi dəyəri 122,5 milyon ABŞ dolları olan yüklər ixrac
edilib. Bu isə illik ifadədə dəyər üzrə 37,5 milyon dollar və ya 44
faiz, həcm baxımından isə 116,8 min ton və ya 2,6 dəfə artım
deməkdir.