Bakı. Trend:
Türkiyənin İstanbul şəhərinin Beşiktaş rayonunda metro tikintisi
zamanı naməlum səbəbdən torpaq çökməsi baş verib.
Trend xəbər verir ki, hadisə
Kabataş prospekti ərazisində qeydə alınıb.
Dağıntılar altında insanların qaldığı bildirilir.
Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadaları
cəlb edilib. Hazırda dağıntılar altında qalan şəxslərin xilas
edilməsi istiqamətində axtarış-xilasetmə işləri davam
etdirilir.

