Budapeşt görüşündə “Yaşıl Enerji Dəhlizi” üzrə əsas razılaşmalar əldə olunub

Baş səhifə

Bakı. Trend:

Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında “Yaşıl
Enerji Dəhlizi”nin yaradılması üzrə nazirlərin Budapeşt görüşü
mühüm nəticələrlə yekunlaşıb.

Trend xəbər
verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov
“X” hesabında paylaşım edib.




“Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında “Yaşıl
Enerji Dəhlizi”nin yaradılması üzrə nazirlərin Budapeşt görüşü
mühüm nəticələrlə yekunlaşdı. Texniki-iqtisadi əsaslandırmanın
martın sonunadək tamamlanması və növbəti mərhələdə layihənin
inkişafı istiqamətində “Yaşıl Enerji Dəhlizi Enerji Şirkəti”nin
(GECO) həyata keçirəcəyi tədbirlər razılaşdırıldı. Həmçinin
Hökumətlərarası Sazişin konsepsiyasına uyğun olaraq, “Yaşıl Enerji
Dəhlizi” və “Qara Dəniz Sualtı Kabel” layihələri arasında
transsərhəd ötürmə qabiliyyəti və regional enerji əlaqəliliyinin
artırılması üçün texniki, strateji sinerjilərin araşdırılması və
inkişaf etdirilməsi barədə anlaşma əldə olundu. Bu məqsədlə nazir
müavinləri və GECO nümayəndələrindən ibarət İşçi Qrupuna müvafiq
təkliflər hazırlamaq və növbəti iclasda təqdim etmək tapşırıldı”, –
paylaşımda qeyd edilib.