
Bakı.Trend:
Bolqarıstan Prezidenti Rumen Radev Avropa İttifaqının (Aİ)
Rusiyaya qarşı 21-ci sanksiyalar paketinə hansı hallarda dəstək
olacağını açıqlayıb.
Bu barədə “BNR News” məlumat yayıb.
Bolqarıstan parlamentində sual-cavab sessiyası zamanı Radev
bildirib ki, əgər təklif olunan sanksiyalar siyahısından Rus
Pravoslav Kilsəsinin patriarxı Kirill və Bolqarıstanda “LUKOIL”
şirkətinin həmtəsisçisi Vahid Ələkbərov çıxarılmasa, Sofiya bu
paketə qarşı çıxacaq.
Prezident bunun səbəbini Bolqarıstanın enerji maraqlarının
qorunmasının vacibliyi ilə izah edib.
Patriarx Kirillə qarşı sanksiyaların mümkünlüyü ilə bağlı suala
cavabında Radev bildirib ki, onu konkret şəxsin özü maraqlandırmır,
lakin vurğulayıb ki, Kirill Rus Pravoslav Kilsəsinin
rəhbəridir.

