2025-ci il noyabrın 1-nə vəziyyətinə görə ölkə üzrə penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan 4 min 636 nəfərə birdəfəlik müavinət təyin edilib.
“Report” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Qeyd edək ki, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş, tibbi və sosial yardıma ehtiyacı olan Azərbaycan vətəndaşları və ya Azərbaycanda daimi yaşayan vətəndaşlığı olmayan şəxslər minimum aylıq əməkhaqqının dörd misli məbləğində (hazırda 1568,21 manat) birdəfəlik müavinətlə təmin edilir.
Ən son xəbərləri bizim “X” səhifəmizdə izləyin

