Bakı. Trend:
Türkiyəyə məxsus “C-130” tipli hərbi yük təyyarəsinin
Gürcüstanın qəzaya uğradığı Siqnaxi bələdiyyəsinin ərazisində
aparılan axtarış tədbirləri başa çatıb.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Gürcüstanın daxili işlər naziri
Gela Geladzenin verdiyi bəyanatda deyilir.
Gürcüstan daxili işlər naziri “C-130” təyyarəsinin göyərtəsində
olmuş sonuncu, 20-ci şəxsin nəşinin tapıldığını təsdiqləyib.
“Dünən biz 19 meyiti prozekturaya təhvil vermişdik. Təxminən
yarım saat əvvəl isə iyirminci meyiti aşkar etdik, hazırda ərazidə
kriminalist-ekspertlər və istintaq qrupu işlərini davam etdirir.
İstintaq üçün əhəmiyyətli olan bütün texniki vasitələr və
təyyarənin parçaları tapılıb, ekspertiza aparılır.
İstintaq-xilasetmə işlərində min nəfərdən çox insan – həm gürcülər,
həm də türklər iştirak edir. Daxili İşlər Nazirliyinin bölmələrinə,
Müdafiə Qüvvələrinin nümayəndələrinə və Türkiyə tərəfinə gördükləri
işə görə təşəkkürümü bildirirəm”, – deyə Gürcüstan Daxili İşlər
naziri Gela Geladze bildirib.

