İsa Həbibbəyli: Azərbaycan və Mərkəzi Asiya ölkələrini çoxəsrlik ənənələr və mədəni oxşarlıq birləşdirir

Baş səhifə
İsa Həbibbəyli: Azərbaycan və Mərkəzi Asiya ölkələrini çoxəsrlik ənənələr və mədəni oxşarlıq birləşdirir

Mərkəzi Asiya elmi tərəqqi və açıq ideyalar regionuna çevrilib.

“Report”un Daşkəndə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Özbəkistan Elmlər Akademiyasının prezidenti Şavkat Ayupov “Mərkəzi Asiyada mənəvi irs və maarifçilik” beynəlxalq konqresinin plenar iclasında bildirib.

Onun sözlərinə görə, buna siyasi liderlərin iradəsi sayəsində nail olunub.

Öz növbəsində Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli də qeyd edib ki, Azərbaycanı və Mərkəzi Asiyanı çoxəsrlik ənənələr və mədəni oxşarlıqlar birləşdirir.

“Azərbaycan və Mərkəzi Asiya regionlar arasında Nizami Gəncəvi və Əlişir Nəvai kimi görkəmli tarixi və mədəni şəxsiyyətlər sayəsində möhkəm körpü qurublar”, – o qeyd edib.

İ.Həbibəyli, həmçinin vurğulayıb ki, Azərbaycan və Özbəkistan prezidentləri etimad və əməkdaşlığa əsaslanan münasibətlər qurublar.

Məlumat yenilənir