Futzal millimiz Səudiyyə Ərəbistanı ilə qarşılaşacaq

Baş səhifə

Bakı. Trend:

Bu gün VI İslam Həmrəyliyi Oyunları çərçivəsində Azərbaycanın
futzal millisi A qrupunda son oyununu keçirəcək.

Trend xəbər
verir ki, komandamız Səudiyyə Ərəbistanı ilə qarşılaşacaq.




Baş məşqçi Yevgeni Kukseviçin rəhbərlik etdiyi komanda bu gün
Bakı vaxtı ilə saat 20:00-da son oyununa çıxacaq.

Qeyd edək ki, millimiz qələbə qazanacağı təqdirdə yarımfinala
vəsiqə qazanacaq.