AK dəmir yolları və alternativ yanacağın inkişafına dair nəqliyyat paketini təsdiqləyib

Baş səhifə
AK dəmir yolları və alternativ yanacağın inkişafına dair nəqliyyat paketini təsdiqləyib

Avropa Komissiyası bütün Avropa İttifaqı boyunca yüksək sürətli dəmir yolları şəbəkəsinin inkişafının sürətləndirilməsini, aviasiya və dəniz nəqliyyatı üçün bərpa olunan və aşağı karbonlu yanacaq növlərinə investisiyaların stimullaşdırılmasını nəzərdə tutan və 2040-cı ilə qədər olan dövrü əhatə edən yeni nəqliyyat paketini təsdiqləyib.

“Report”un Avropa bürosunun məlumatına görə, bunu Avropa Komissiyasının icraçı vitse-prezidenti Rafael Fitto və nəqliyyat və turizm məsələləri üzrə komissar Apostolos Tsitsikotsas Brüsseldə bəyan ediblər.