“Arsenal” komandası rekordunu təkrarlayıb

Baş səhifə
Arsenal komandası rekordunu təkrarlayıb

İngiltərənin “Arsenal” klubu rekordunu təkrarlayıb.

“Report” xəbər verir ki, bu barədə Futbol Tarixi və Statistikaları Federasiyası məlumat yayıb.

“Topçular” bütün turnirlərdə ardıcıl 8 oyunda qol buraxmadan qalib gəlib. Bu, İngiltərə Premyer Liqa təmsilçilərinin rekordunun təkrarıdır.

1889-cu ildə “Preston”, 1920-ci ildə “Liverpul”, 1903-cü ildən sonra isə “Arsenal” 8 görüşdə qol buraxmadan qalib gəlib.

Qeyd edək ki, komanda son olaraq ötən gün azərbaycanlı FIFA referisi Əliyar Ağayevin idarə etdiyi UEFA Çempionlar Liqasının əsas mərhələsinin matçında “Slaviya”nı (Çexiya) 3 cavabsız qolla üstələyib.