Avropa İttifaqı ölkələri iqlim hədəfini təsdiqləyib

Baş səhifə

Bakı. Trend:

Avropa İttifaqına (Aİ) üzv dövlətlər iqlim dəyişikliyi ilə
mübarizə çərçivəsində 2040-cı ilədək istixana qazı emissiyalarını
1990-cı illə müqayisədə ən azı 90 faiz azaltmaq barədə razılığa
gəlib.

Trend xəbər verir ki, bu
barədə xarici KİV-lər məlumat yayıb.




Məlumata görə, Aİ-nin ətraf mühit nazirləri Brüsseldə 18 saatdan
çox davam edən danışıqlar nəticəsində 2040-cı il üçün rəsmi iqlim
hədəfini təsdiqləməklə Braziliyada keçiriləcək növbəti BMT İqlim
Sammiti ərəfəsində öz mövqelərini müəyyənləşdiriblər. Üzv dövlətlər
faktiki öz daxili emissiyalarını yalnız 85 faiz azaltmalı olacaq.
Bundan başqa, nəqliyyat və binalar üçün nəzərdə tutulan yeni
emissiya ticarəti sistemi (ETS2) bir il gec – 2028-ci ildən tətbiq
ediləcək.

Qeyd edək ki, Avropa Komissiyası daha əvvəl iqlim
sertifikatlarının istifadəsinə dair daha sərt qaydalar təklif
etmişdi. Brüsseldə əldə olunan bu razılaşma ilə Aİ Braziliyanın
Belem şəhərində işə başlayacaq COP30-da daha güclü mövqedən çıxış
etməyi hədəfləyir.