ADY yağışlı hava ilə bağlı sərnişinləri diqqətli olmağa çağırır

Baş səhifə

Bakı. Trend:

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) ölkə ərazisində müşahidə
olunan yağışlı hava şəraitinin yarada biləcəyi çətinliklərin aradan
qaldırılması üçün müvafiq tədbirlər görür.

Trend xəbər verir ki, bu
barədə ADY məlumat yayıb.




Bildirilir ki, hazırda qatarlar qrafik üzrə hərəkət edir,
əməkdaşlar tərəfindən bütün ərazilərə nəzarət edilir.

“Sərnişinlərimizi platformalarda hərəkət edərkən, dəmiryol
keçidlərindən keçərkən diqqətli olmağa çağırırıq”, – məlumatda qeyd
olunub.