
Bakı. Trend:
Buğda yüklü qatar Azərbaycandan tranzit keçməklə Ermənistana
gedib. Bu, işğaldan sonra Azərbaycandan Ermənistana gedən ilk
qatardır.
Trend xəbər
verir ki, noyabrın 4-də saat 00:15-də Rusiya Federasiyasından
Azərbaycan və Gürcüstandan tranzit keçməklə ümumi çəkisi 1048 ton
800 kq olan buğda yüklü 15 ədəd vaqon rəsmiləşdirilərək
Ermənistanın Dalarik stansiyasına yola salınıb.
Qeyd edək ki, Prezident İlham Əliyev bu il oktyabrın 21-də
Qazaxıstanda dövlət səfərində olarkən Azərbaycanın Ermənistana yük
tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri
aradan qaldırdığını bildirmişdi.

