
Bakı. Trend:
Məşhur “Telegram” messencerinin beta versiyasında yeni
funksiyanın – hədiyyələrin alışı və satışı üçün nəzərdə tutulan
hərrac sisteminin tətbiqinə başlanılır.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
İlkin məlumata görə, istifadəçilərin bir-birinə göndərə biləcəyi
hədiyyələr artıq ticarət formatında təqdim olunacaq. Bildirilir ki,
onlar hər biri 50 ədədlik lot şəklində satışa çıxarılacaq.
İştirakçılar bu lotlara platformanın daxili valyutası olan
“ulduzlar” (Stars) vasitəsilə hərrac təklifləri irəli sürə
biləcəklər.
Ticarət mexanizminə əsasən, ən yüksək təklif irəli sürən ilk 50
istifadəçi müvafiq hədiyyə partiyasını əldə edəcək.


