
Bakı. Trend:
2026-cı ilin dövlət büdcəsində 20 il və daha çox xidmət etmiş
işləyən və ehtiyatda olan hərbi qulluqçuların mənzillə təmin
olunması və digər zəruri xərclərin maliyyə təminatı üçün 35
000 000 manat vəsait nəzərdə tutulur.
Trend-in
məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye
və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan
“Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında”
qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, həmçinin, kirayəyə götürülmüş yaşayış sahəsinə
görə yaşayış yeri olmayan hərbi qulluqçulara (ehtiyatda və istefada
olan hərbi qulluqçular da nəzərə alınmaqla) ödənilən pul
kompensasiyası üçün 15 500 000 manat məbləğində
vəsait nəzərdə tutulub.
Yəni, 2026-cı ildə yerli xərclərin 15 500 000
manatı və ya 2,0 %-i kirayəyə götürülmüş yaşayış
sahəsinə görə yaşayış yeri olmayan hərbi qulluqçulara (ehtiyatda və
istefada olan hərbi qulluqçular da nəzərə alınmaqla) pul
kompensasiyasının ödənilməsi xərclərinə yönəldiləcək.


