“Neftçi” rəhbərliyində kadr dəyişikliyi olub

Baş səhifə

Bakı. Trend:

“Neftçi” İdman Klubunun rəhbərliyində kadr dəyişikliyi olub.
İdarəetmə aparatının rəhbəri Sadıq Sadıqov öz istəyi ilə
vəzifəsindən azad edilərək klubun İdarə Heyəti sədrinin müşaviri
vəzifəsinə təyinat alıb.

Trend xəbər
verir ki, buna qədər İdarə Heyəti sədrinin müşaviri vəzifəsini
tutan Fərəc Əliyev isə klubun İdarə Heyəti sədrinin müavini və
klubun icraçı direktoru əvəzi təyin edilib.




Qeyd etmək lazımdır ki, icraçı direktor vəzifəsi İdarəetmə
aparatının rəhbəri vəzifəsinin yerinə təsis edilib.