ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların nüvə sınaqları keçirəcəyini təsdiqləyib, lakin bunun döyüş başlıqlarının partladılması demək olub-olmadığını dəqiqləşdirməkdən imtina edib.
“Report”un məlumatına görə, ABŞ lideri bu açıqlamanı “CBS News”a müsahibəsində verib.
Tramp vurğulayıb ki, ABŞ onun necə işlədiyini görmək üçün nüvə silahlarını sınaqdan keçirməsi lazımdır. O qeyd edib ki, Rusiya sınaqdan keçirdiyini açıqlayıb, Şimali Koreya isə daim nüvə silahlarını sınaqdan keçirir.
“İstəmirəm ki, (bu silahları) sınaqdan keçirməyən yeganə ölkə biz olaq”, – Tramp deyib.
Aparıcı Prezidentdən bunun ABŞ-nin 30 ildən çox müddətdən sonra döyüş başlıqlarının partladılmasına yenidən başlayacağı anlamına gəlib-gəlmədiyini soruşub. “Deyirəm ki, biz də digər ölkələr kimi nüvə silahlarını sınaqdan keçirəcəyik”, – Tramp cavab verib.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

