“Sumqayıt” “Araz-Naxçıvan”ı məğlub etdi

Baş səhifə

Misli Premyer Liqasında X turun daha bir oyunu keçirilib.

Metbuat.az xəbər verir ki, günün ikinci matçında “Sumqayıt” “Araz-Naxçıvan”ı qəbul edib.

Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 3:2.

Bu nəticədən sonra xallarının sayını 17-yə çatdıran “Sumqayıt” dördüncü pilləyə yüksəlib. “Araz-Naxçıvan” 16 xalla beşinci sıradadır.

Günün ilk matçında “Turan Tovuz” evdə “Şamaxı”nı üstələyib – 2:1.

Qeyd edək ki, tura noyabrın 3-də “Sabah” – “Qəbələ” qarşılaşması ilə yekun vurulacaq. Əvvəlki oyunlarda “Qarabağ” “İmişli”ni (2:0), “Zirə” “Karvan-Yevlax”ı (3:2), “Neftçi” “Kəpəz”i (5:1) məğlub edib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.