NBA basketbolçusunun evi qarət edilib

Baş səhifə

Bakı. Trend:

NBA-da çıxış edən “Oklahoma” komandasının oyunçusu Şey
Qilces-Aleksanderin evi komandanın “Vaşinqton” komandasına qarşı
oyunu zamanı qarət edilib.

Trend-in məlumatına görə, bu barədə “News 9” telelviziya kanalı
xəbər verib.




Hadisə yerinə bir neçə polis əməkdaşı, ərazini izləyən
helikopter və polis kinoloq xidməti cəlb olunub.

Cari mövsümdən əvvəl Şey Qilces-Aleksander “Oklahoma” ilə NBA
tarixində rekord illik əmək haqqı ilə (71,25 milyon dollar) yeni
müqavilə imzaladı.