
Bakı. Trend:
Rəsmi rəqəmlərə görə, ABŞ-də illik inflyasiya aprel ayında
2023-cü ilin may ayından bəri ən yüksək səviyyəyə – 3,8 faizə
çatıb. Bazarın aprel ayı üçün gözləntisi 3,7 faiz, mart ayı üçün
isə 3,3 faiz səviyyəsində olub.
Trend xəbər verir ki,
illik müqayisədə ötən ay ABŞ-də enerji qiymətləri 17,9 faiz, ərzaq
və mənzil qiymətləri isə müvafiq olaraq 3,2 faiz və 3,3 faiz artıb.
Aylıq olaraq istehlak qiymətləri aprel ayında 0,6 faiz
yüksəlib.
ABŞ Əmək Statistikası Bürosu bildirib: “Enerji indeksi aprel
ayında 3,8 faiz artaraq bütün məhsulların aylıq artımının qırx
faizindən çoxunu təşkil edib. Mənzil indeksi ay ərzində 0,6 faiz,
ərzaq isə 0,5 faiz artıb.

