Bakı. Trend:
Serbiyada terror təhdidi ilə əlaqədar ölkənin bütün dəmir yolu
reysləri dayandırılıb.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə ölkənin dəmir yollarının
mətbuat xidməti bəyanat yayıb.
Məlumata görə, terror hücumunun hazırlanması ilə bağlı
informasiya Novi-Sad faciəsinin ildönümü ərəfəsində daxil olub.
Potensial terror hücumunda konkret hansı obyektlərin hədəfə
alındığı və digər təfərrüatlar barədə məlumat verilmir.

