Bakıda daha bir marşrutda bütün avtobuslar yenilənir

Baş səhifə

Bakı. Trend:

Bakının Sabunçu qəsəbəsinin Əliyar Əliyev küçəsini Xətai
rayonunun Rövlan Məmmədov küçəsi ilə əlaqələndirən 22 nömrəli
marşrutda istismar olunan bütün avtobuslar yenilənir.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, marşrut xəttində avtobusların bir qismi ötən ilin
sentyabrında yenilənmişdi. Daşıyıcı tərəfindən yeni avtobuslar
gətirilərək xəttə əlavə olunur.




İyunun 17-dən marşrut üzrə 14 müasir, ekoloji cəhətdən təmiz CNG
texnologiyası ilə təchiz olunan “King Long” markalı avtobus
sərnişinlərin xidmətində olacaq.

Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,60 manat
müəyyən edilib.