
Bakı. Trend:
İyunun 16-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun
və Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripovun iştirakı
ilə iki ölkə arasında sənədlər imzalanıb.
Bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Bildirilib ki, sənədlər “AzerGold” QSC-nin iştirakı ilə
Özbəkistanda qızıl yatağının birgə işlənilməsini, həmçinin
“Azərbaycan Beynəlxalq Bankı” ASC ilə Özbəkistanın aidiyyəti qurumu
arasında bank sahəsində əməkdaşlığı və NEQSOL Holding şirkətinin
iştirakı ilə Özbəkistanda əhəmiyyətli faydalı qazıntıların birgə
işlənilməsini nəzərdə tutur.

