
Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı (AMB) “Monetri” BOKT MMC-nin və onun
vəzifəli şəxsinin inzibati məsuliyyətə cəlb edib.
Trend bu
barədə AMB-yə istinadən xəbər verir.
“Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən aparılan
cari nəzarət prosesləri çərçivəsində cinayət yolu ilə əldə edilmiş
əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə
qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması ilə
əlaqədar İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci, 598.1.2-ci və
598.1.5-ci maddələrinə əsasən “Monetri” BOKT MMC və onun vəzifəli
şəxsi Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən müvafiq olaraq
50 000 manat və 10 000 manat məbləğində cərimə edilib”, – məlumatda
vurğulanıb.

