“Melissa” qasırğası 40-dan çox insanın həyatına son qoyub

Baş səhifə

Bakı. Trend:

Karib hövzəsi ölkələrində “Melissa” qasırğasının keçidi zamanı
40-dan çox insan həlak olub.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Təbii fəlakətin qurbanları Haitidən, Dominikan Respublikasından
və Yamaykadan olan sakinlərdir. Nəşr qeyd edir ki, dağıntıların və
uçqunların təmizlənməsi hələ də davam etdiyindən, həlak olanların
sayı arta bilər.




Qasırğa adı çəkilən ölkələrin ərazisindən keçərkən
Saffir-Simpson şkalası üzrə IV-V kateqoriyalı qasırğa kimi
qiymətləndirilib. Onun episentrində küləyin maksimal sürəti
saniyədə 82 metrə çatıb.

ABŞ-nin Milli Qasırğaları Müşahidə Mərkəzinin son məlumatına
görə, “Melissa” Bahama adalarından keçərək Atlantik okeanının
dərinliklərinə doğru hərəkət edir.