Türkiyəyə ixracı nəzərdə tutulan alma məhsulunda uyğunsuzluq aşkarlanıb

Baş səhifə

Bakı. Trend:

Nəzarət tədbirləri çərçivəsində “Fueqo” MMC-yə və fiziki şəxs
Həsənov İlkin Cahan oğluna məxsus Türkiyəyə ixrac üçün nəzərdə
tutulan ümumi çəkisi 163,4 ton alma məhsulu partiyalarından Qida
Təhlükəsizliyi (AQTA) Agentliyinin əməkdaşları tərəfindən nümunələr
götürülərək müayinələrə cəlb olunub.

Trend
xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.




Bildirilib ki, sınaq nəticəsində pestisid qalığının normadan
artıq olduğu aşkarlanıb.

Məhsul partiyaları Türkiyə Respublikasının idxal tələblərinə, o
cümlədən ölkəmizdə qüvvədə olan pestisid qalığı normalarına cavab
vermədiyi üçün ixracına icazə verilməyib, məhv və ya utilizasiya
edilməsi barədə qərar qəbul olunub.