Azərbaycanda françayzinq üçün güzəştli kredit modeli tətbiq olunacaq

Baş səhifə
Azərbaycanda françayzinq üçün güzəştli kredit modeli tətbiq olunacaq

Azərbaycanda françayzinq üçün güzəştli kredit modelinin tətbiq olunması planlaşdırılır.

“Report” xəbər verir ki, bunu “Azərbaycan Françayzinq Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Camid Mövsümov rəhbərlik etdiyi qurumun təşkilatçılığı ilə Bakıda keçirilən Avrasiya Françayzinq Forumunda bildirib.

Onun sözlərinə görə, bu, İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Biznes İnkişaf Fondu ilə əldə olunmuş razılaşmaya əsasən, 2026-cı ildən françayzinqin təşviqi üçün tətbiq ediləcək, Azərbaycanda françayzinq fəaliyyətinin genişlənməsinə, sahibkarlığın inkişafına və yeni layihələrin reallaşmasına böyük töhfə verəcək.