Çin sabah orbital stansiyaya pilotlu kosmik gəmi yollayacaq

Baş səhifə

Bakı. Trend:

Çin “Shenzhou-21” kosmik gəmisinin “Tiangong” orbital
stansiyasına buraxılışını təsdiqləyib.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.




“Long March 2F” raketi ilə təchiz olunmuş “Shenzhou-21” kosmik
gəmisinin buraxılışı oktyabrın 31-də, Bakı vaxtı ilə saat 19:44-də,
Çinin şimal-qərbində yerləşən kosmodromdan həyata keçiriləcək.

Bundan əvvəl avqust ayında “Shenzhou-20 kosmik gəmisinin ekipajı
açıq kosmosa çıxmışdı.