Yağışlı hava şəraitində sürücülər və piyadalar daha diqqətli olmalıdır – BDYPİ

Baş səhifə

Bakı. Trend:

Hazırda ölkə ərazisində müşahidə olunan yağışlı və çiskinli hava
şəraiti yol hərəkəti iştirakçıları üçün əlverişsiz mühit yaradaraq
yollarda qəza riskini artırır.

Trend xəbər verir
ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin həftəsonu səfərə
hazırlaşan sürücülərə müraciətində deyilir.

ağış nəticəsində yol səthinin sürüşkən olması, eləcə də görmə
məsafəsinin məhdudlaşması sürücülərdən xüsusi diqqət, məsuliyyət və
intizam tələb edir. Bu səbəbdən bir daha xatırladırıq ki, belə hava
şəraitində nəqliyyat vasitəsini idarə edərkən sürət həddini
azaldın, ara məsafəsini normadan artıq saxlayın, şüşəsilən və işıq
cihazlarının saz vəziyyətdə olmasına nəzarət edin.




Eyni zamanda, əlverişsiz hava şəraiti piyadalar üçün də əlavə
risklər yaradır. Yağışlı havada sürücülərin görmə imkanlarının
məhdudlaşdığını nəzərə alaraq, piyadalar səki ilə hərəkət etməli,
yolu yalnız piyada keçidlərindən keçməli, açıq rəngli və asan
görünən geyimlərə üstünlük verməlidirlər. Yolu keçməzdən əvvəl
nəqliyyat vasitələrinin tam dayandığından əmin olmaq son dərəcə
vacibdir.

Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını
təhlükəsizliyə məsuliyyətlə yanaşmağa, yollarda diqqətli və
ehtiyatlı olmağa çağırır.
Unutmayaq: yollarda təhlükəsizlik hər birimizin məsuliyyətidir.