
Bakı. Trend:
Avropa İttifaqına (Aİ) üzv ölkələr hərbi isteriya içindədir və
böyük müharibəyə fəal şəkildə hazırlaşırlar.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri
Peter Siyarto bildirib.
“Avropa İttifaqı, Brüssel həqiqətən də hərbi qızdırmaya tutulub,
bu mübahisə mövzusu deyil. Odur ki, Avropa xalqlarının vəsaitindən
Ukrayna ordusunun silahlandırılmasına 60 milyard avronun ayrılması
və ya Ukraynaya ümumilikdə 130 milyard avronun göndərilməsindən
danışırıqsa, bunu müharibəyə hazırlıqdan başqa cür adlandırmaq
çətindir”, – macar nazir vurğulayıb.
Siyartonun fikrincə, Ukraynanın maliyyələşdirilməsi və kütləvi
silahlanma prosesi Avropa İttifaqının müharibəyə hazırlaşdığını
göstərir.


