İsmayıllıda bir yaşlı uşaq su quyusuna düşərək ölüb.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Diyallı kəndində qeydə alınıb.
2024-cü il təvəllüdlü Məmmədova Səma Sənan həyətyanı sahədə olan su quyusuna düşərək dünyasını dəyişib.
Azyaşlının meyiti aidiyyəti üzrə təhvil verilib.
Fakt araşdırılır.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

