Yurda qayıtmaqdan gözəl gün yoxdur.
“Report” xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında keçmiş məcburi köçkün, Ağdamın Xıdırlı kəndinin sakini Muxtar Əhmədov deyib.
O, qeyd edib ki, həyatının ən gözəl gününü yaşayır: “Xıdırlı kəndini məcburən tərk edəndə 9 yaşım vardı. Çox şükür ki, doğma yurdumuza qayıdırıq. Allah Prezidentimizə can sağlığı versin, şəhidlərimizə rəhmət eləsin, qazilərimiz sağ olsun. Məncə bundan gözəl gün yoxdur. Allah bütün məcburi köçkünlərimizə bu günü qismət eləsin.
Ağdamı ailəmizin 4 üzvü ilə tərk etmişdik. Atam şəhid oldu. Xıdırlıya övladlarımla qayıdıram”.
Qeyd edək ki, bu gün Ağdamın Xıdırlı kəndinə növbəti köç karvanı yola salınacaq. Xıdırlı kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Xıdırlı kəndinə 91 ailə – 366 nəfər köçürüləcək.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

