Qəbələdə avtomobil 59 yaşlı qadını vuraraq öldürüb

Baş səhifə
Qəbələdə avtomobil 59 yaşlı qadını vuraraq öldürüb

Qəbələdə avtomobil 59 yaşlı qadını vuraraq öldürüb.

“Report” un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Qəbələ rayonunun Bunud kəndi ərazisində baş verib.

Belə ki, İslam İsbəndiyarov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə piyada, 59 yaşlı Elmira Əhmədovanı vurub. Nəticədə qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.