
Bakı. Trend:
Pakistan İslam Respublikası Senatının sədri Seyid Yusuf Rza
Gilani Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin
30 illiyinə həsr olunmuş Beynəlxalq Parlament Konfransında iştirak
etmək məqsədilə Azərbaycana səfərə gəlib.
Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə
əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında Pakistan
Senatının sədrini Milli Məclis sədrinin müavini Musa Qasımlı,
parlamentin Pakistanla parlamentlərarası əlaqələr üzrə işçi
qrupunun rəhbəri Kamaləddin Qafarov və digər rəsmi şəxslər
qarşılayıblar.

