Tramp Putinin “Burevestnik” raketi ilə bağlı bəyanatını “yersiz” adlandırıb

Baş səhifə
Tramp Putinin Burevestnik raketi ilə bağlı bəyanatını yersiz adlandırıb

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinin “Burevestnik” qanadlı raketi ilə bağlı bəyanatını “yersiz” adlandırıb.

“Report” “Kommersant”a istinadən xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

“O (Putin- red.) müharibəyə son qoymalıdır. Bir həftə davam etməli olan müharibə artıq dördüncü ildir ki, davam edir. O raketləri sınaqdan keçirməklə deyil, bununla məşğul olmalıdır”, – Tramp bildirib.