Bakı. Trend:
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus helikopter və qırıcı təyyarə
Cənubi Çin dənizində qəzaya uğrayıb.
Trend xəbər verir
ki, bu barədə ABŞ-nin Sakit Okean Donanması məlumat yayıb.
Məlumata görə, 26 oktyabrda, yerli vaxtla təxminən saat 14:45-də
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “MH-60R Sea Hawk” helikopteri
“USS Nimitz” təyyarədaşıyan gəmisindən adi əməliyyatlar zamanı
dənizə düşüb. Hadisədən təxminən yarım saat sonra, saat 15:15-də
isə “F/A-18F Super Hornet” qırıcı təyyarəsi də qəzaya uğrayıb.
Hər iki hadisə zamanı ekipaj üzvləri uğurla katapultasiya
ediblər və bütün şəxslərin vəziyyətinin sabit olduğu
bildirilib.
Hazırda qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.

