
Bakı. Trend:
Bu gün Misli Premyer Liqasında IX turun növbəti qarşılaşmaları
keçiriləcək.
Trend xəbər verir
ki, günün ilk matçında “Araz-Naxçıvan” klubu **”Sabah”**ı qəbul
edəcək. Oyun saat 16:00-da start götürəcək.
Daha sonra “Zirə” öz meydanında **”Sumqayıt”**la üz-üzə gələcək.
Görüş saat 18:30-da başlayacaq.
Turnir cədvəlinə görə, aktivində 15 xal olan “Araz-Naxçıvan”
3-cü pillədə qərarlaşıb və 14 xalı olan “Sabah”ı qabaqlayır. “Zirə”
isə 6-cı pillədə qərarlaşıb və “Sumqayıt”dan 1 xal geri qalır.
16:00. “Araz-Naxçıvan” – “Sabah”
18:30. “Zirə” – “Sumqayıt”

