“Beşiktaş” klubunun heyətində ciddi itki

Baş səhifə

Bakı. Trend:

Türkiyənin “Beşiktaş” klubunun heyətində ciddi itki baş
verib.

Trend xəbər
verir ki, İstanbul təmsilçisinin hücumçusu Rafa Silva sıradan
çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.




Portuqaliyalı futbolçunun ayaq əzələsində zədə aşkarlanıb. 32
yaşlı oyunçu bazar günü “Kasımpaşa” ilə matçda komandaya kömək edə
bilməyəcək.

Qeyd edək ki, Rafa Silva 2024-cü ilin yayında “Beşiktaş”da çıxış
edir. Portuqalya millisinin sabiq üzvü bu mövsüm “qara qartallar”ın
heyətində meydana çıxdığı 15 rəsmi matçda 5 qol və 3 məhsuldar
ötürmə ilə yadda qalıb.