Azərbaycan Qırğız Respublikası ilə ticarət dövriyyəsinin artırılması imkanlarını dəyərləndirib

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Qırğız Respublikası ilə ticarət dövriyyəsinin
artırılması imkanlarını müzakirə edib.

Trend xəbər
verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl
Cabbarov “X” hesabında paylaşım edib.




“Türk Dövlətləri Təşkilatının (TDT) Sənaye, Elm, Texnologiya və
İnnovasiya Nazirlərinin 2-ci iclası çərçivəsində Qırğız
Respublikasının iqtisadiyyat və kommersiya naziri Bakıt Sıdıkov ilə
görüşmək xoş oldu.

Ölkələrimizin strateji tərəfdaşlığının möhkəmlənməsi və iqtisadi
əlaqələrinin gücləndirilməsi istiqamətində ticarət dövriyyəsinin
artırılması, texnologiyalar və innovasiyalar, kənd təsərrüfatı,
enerji, logistika, infrastruktur və digər sahələrdə işbirliyinin
fəal dəstəklənməsini müzakirə etdik”, – paylaşımda qeyd edilib.