Uşaq evində yaşayan neçə nəfər təhsilə cəlb edilib? – AÇIQLAMA

Baş səhifə

Bakı. Trend:

Hazırda uşaq evi sosial xidmət müəssisəsində yaşayan 313 uşaq
təhsilə cəlb olunub. Onlarda 30-u 9-cu sinif şagirdi, 11 nəfəri isə
11-ci sinif şagirdidir.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Sosial Xidmətlər
Agentliyindən məlumat verilib.

Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
tabeliyində Sosial Xidmətlər Agentliyinin ölkə üzrə 6 uşaq evi
sosial xidmət müəssisəsi fəaliyyət göstərir:

“Onlardan 3-ü Bakı şəhərində, 1-i Gəncə, 1-i Lənkəran, 1-i isə
Şəkidə yerləşir. Bununla yanaşı, Bakı və Lənkəranda ailə tipli
kiçik qrup evləri də fəaliyyət göstərir. Bu müəssisələrdə yaşayan,
valideyn himayəsindən məhrum olmuş uşaqların sosial
reabilitasiyası, onların mənşə ailələrinə qaytarılması, eləcə də
alternativ qayğı mühiti ilə əhatə olunması məqsədilə davamlı iş
aparılır. Müəssisələrdə uşaqlara sosial xidmətin ayrı-ayrı
formalarına və növlərinə uyğun, onların sosial adaptasiyasının
təmin olunması üçün sosial reabilitasiya tədbirlərinin həyata
keçirilməsi və asudə vaxtlarının səmərəli təşkil olunması məqsədilə
xidmətlər göstərilir. Uşaqlar sosial-məişət, sosial-psixoloji,
sosial-hüquqi, sosial-pedaqoji və tibbi-sosial xidmətlər ilə təmin
olunurlar”.




Qeyd edilib ki, müəssisələrdə yaşayan uşaqların təhsilə cəlb
olunmasına da xüsusi diqqət göstərilir:

“Uşaqların məktəb həyatına fəal inteqrasiyası və davamiyyətinin
təmin olunması üçün ardıcıl iş aparılır.

Hazırda müvafiq müəssisələrdə yaşayan 313 uşaq təhsilə cəlb
olunub. Onlarda 30-u 9-cu sinif şagirdi, 11 nəfəri isə 11-ci sinif
şagirdidir”.

Qeyd edək ki, bu il Uşaq evi sosial xidmət müəssisələrinin 22
məzunu ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunublar.
Onlardan 3 nəfəri ali təhsil müəssisələrində, 19 nəfəri isə
müxtəlif peşə-ixtisas təhsili müəssisələrində təhsillərini davam
etdirirlər.