Azərbaycanın voleybol klubu Çempionlar Liqasına məğlubiyyətlə başlayıb

Baş səhifə
Azərbaycanın voleybol klubu Çempionlar Liqasına məğlubiyyətlə başlayıb

Kişi voleybolçulardan ibarət “Azerreyl” klubu Çempionlar Liqasında mübarizəyə başlayıb.

“Report” xəbər verir ki, Azərbaycan təmsilçisi təsnifat mərhələsinin I turunda Serbiyanın “Radniçki” kollektivi ilə üz-üzə gəlib.

Fövqəladə Hallar Nazirliyinin idman zalında keçirilən matç rəqibin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, cavab oyunu oktyabrın 29-da baş tutacaq.